Finlandiyada Şimali Kareliya sərhədçiləri Pixayarvi gölündə Rusiya ilə sərhəd pozuntuları ilə bağlı araşdırma elan ediblər.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın sərhəd mühafizəsinin rəsmi saytında məlumat verilib.
“İyulun 19-da Şimali Kareliyanın sərhədçiləri Pixayarvi gölündə Rusiya-Finlandiya sərhədini keçən motorlu qayıq aşkar ediblər. Sərnişinlər orada olub, onlar təxminən 100 metr üzüb, sonra Rusiyaya qayıdıblar”, – deyə strukturun məlumatında qeyd olunub.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Əlavə olaraq bildirilir ki, bölgənin sərhəd komissarı hadisə ilə bağlı Rusiyanın Kareliya Respublikasının Suoyarvi rayonundan olan həmkarı ilə əlaqə saxlayıb və məlumat verib.
(redaktor.az)