Avropa İttifaqı Şurası Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına əlavə rüsumları təsdiqləyib.
Viral.az BBC-yə istinadən xəbər verir ki, bəzi kənd təsərrüfatı məhsullarının idxalına əlavə rüsumlar təsdiqlənib.
Son Yazılar:
- Qarabağ bölgəsində 150 min yeni iş yeri AÇILACAQ
- Abituriyent cavab əvəzinə öz nömrəsini yazdı – imtahanda kuryoz
- Əməkdar artist əməliyyat OLUNDU
Söhbət Rusiya və Belarusdan gələn taxıl, yağlı bitkilər və onların emal məhsullarından, o cümlədən buğda, qarğıdalı və günəbaxan unu, həmçinin çuğundurdan alınan məhsullar və quru noxuddan gedir.
Tariflər iyul ayından qüvvəyə minəcək. Yeni tədbirlər məhsulların Avropa İttifaqı ərazisindən üçüncü ölkələrə tranzitinə təsir etməyəcək.
“Belə bir təklif üçün kifayət qədər əsaslar var idi. Bu, Rusiya taxılının Avropa bazarlarında sabitliyi pozmasının qarşısını alacaq”, – Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tədbiri daha əvvəl açıqlamışdı.