FHN Saraydakı qəza ilə bağlı məlumat yaydı

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər ölüb.

 

Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd edilib ki, xilasedici əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

16:58

 

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

 

Qəza nəticəsində Yusifova Südabə Əbdül qızı və onun nəvəsi hadisə yerində ölüb.

 

Fakt araşdırılır.