Banqladeşdə etiraz: ÖLƏNLƏR VAR

Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkə və ölkənin digər şəhərlərinə hərbi hissələrin daxil edildiyini açıqlayıb.

Viral.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, tələbə etirazçılarla polis arasında toqquşmalar zamanı azı 105 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Son Yazılar:

Banqladeşin baş naziri Şeyx Hasinanın sözçüsü Naimul İslam Xanın sözlərinə görə, hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyətə yardım üçün silahlı qüvvələri göndərmək qərarına gəlib.

Banqladeşdə etirazlar bu ay ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda döyüşənlərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Onlar ayrı-seçkilik hesab olunur.