Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar.
Viral.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib.
Son Yazılar:
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
- Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
- “Arsenal” klubunun sabiq futbolçusuna bıçaqla hücum EDİLDİ
“Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, – söyləyən dövlətimizin başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.