“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq.

Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dəyişikliyin səbəbi açıqlanmayıb.

Son Yazılar:

Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi “CBC Sport”” telekanalı ilə deyil, “İdman TV” telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.