Netanyahu ABŞ-də Baydenlə görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 22-də ABŞ-yə səfər edəcək və orada iyulun 23-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Viral.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahunun ABŞ Prezidenti Co Bayden ilə görüşü iyulun 23-də baş tutacaq. Baş nazir sabah səhər ABŞ-yə uçacaq”, – məlumatda deyilir.

Son Yazılar:

Qeyd olunub ki, İsrailin Baş naziri iyulun 24-də Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək.