18 yaşlı qızı əri bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə rayonun Şəhərcik adlanan yaşayış massivində qeydə alınıb.

2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.

Son Yazılar:

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.