Xalq artisti Ağadadaş Ağayevin balta ilə mühafizəçiyə hücum etməsi günün əsas xəbərinə çevrilib.
Viral.az xəbər verir ki, bu barədə VI çağırış deputatı Fazil Mustafa mövzu ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb:
“Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar?
Son Yazılar:
- Gürcüstan parlamenti hökumətə etimad proseduruna BAŞLAYACAQ
- İlham Əliyev Donald Trampa zəng ETDİ
- 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs EDİLDİ
Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?”.