Bu ölkədə donuz taunu aşkarlandı

Moldovanın Sinqerei bölgəsindəki fermalardan birində Afrika taunu (ASF) aşkarlanıb.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Məlumatda qeyd olunur ki, epidemiyanın baş verdiyi yerdə karantin zonası yaradılıb, infeksiyanın lokallaşdırılması üçün digər tədbirlər həyata keçirilib. Martın əvvəlində Moldovanın şimalında da dörd Afrika taunu aşkar edilib.

Son Yazılar:

“ASF” (“Montqomeri” xəstəliyi) ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Virus insanlar üçün təhlükə yaratmasa da, vəhşi və ev donuzları üçün son dərəcə təhlükəlidir. Xəstəlik heyvanlar arasında sürətlə yayılır və kənd təsərrüfatına ciddi ziyan vurur. 

(redaktor.az)