Gürcüstanın növbəti prezidenti İvanişvili OLACAQ

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər.

Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Rati Breqadze deyib.

“Əgər İvanişvili prezidentliyə namizədliyini irəli sürməyə qərar verərsə, əminəm ki, o, Gürcüstan tarixində ən yaxşı prezident olacaq”, – o bildirib.