Partiya sədrinin qızı “Yüksəliş” müsabiqəsinin qalibi oldu — FOTO

Ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab edilən “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutub. Müsabiqənin final mərhələsində 118 namizəd iştirak edib.

Viral.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun İnvestisiya Departamentinin Daşınmaz Əmlak Şöbəsinin baş məsləhətçisi Günel Elşad qızı Musayeva müsabiqəni uğurla başa vuraraq qalib adını qazanan 25 nəfərdən biri olub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti “Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır” şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Son Yazılar:

Qeyd edək ki, Günel Musayeva Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin qızıdır.