Ən keyfiyyətli Çin AVTOMOBİLLƏRİ

Kompakt krossover “GAC GS3” Çin avtomobili keyfiyyət reytinqində birinci yeri tutub.

Viral.az izvestiya-ya istinadən xəbər verir ki, reytinq Çin Xalq Respublikasının Standartlaşdırma İdarəetmə Komitəsinin və tədqiqat institutlarının metodologiyasına əsasən tərtib edilib. Avtomobillər təhlükəsizlik, etibarlılıq və istifadə rahatlığı kimi parametrlər əsasında qiymətləndirilib.

“GAC GS3” 131 xal toplayaraq “Changan CS35 plus”, “Geely Coolray”, “Chery Tiggo 5”, “BAIC X3” və digərləri də daxil olmaqla rəqiblərini üstələyib. Seqment üzrə orta göstərici 183 olub.

Son Yazılar:

Avtomobil 100 km/saat sürəti 7,5 saniyəyə yığa bilir.

Krossover tam LED faralar, panoramik lyuk, mərkəzi konsolda iki displey (hər biri 10,25 düym), 8 nüvəli prosessor tərəfindən idarə olunan multimedia sistemi və 360 dərəcə kamera sistemi əldə edib.

(redaktor.az)