Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı tədbirlər davam etdirilir.
Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib.
Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən edilib.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməldaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb.