"Neftçi" Bojoviçi GÖNDƏRDİ

“Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Viral.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Son Yazılar:

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. “Neftçi” Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.