İsrailin atəşkəs üçün təklifləri var

İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-a təqdim edib.

 

Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadla məlumat yayıb.

Son Yazılar:

 

İsrail rəsmisinin sözlərinə görə, yeni təklifdə Qəzza zolağının cənubundan şimalına silah ötürülməsinin və yaraqlıların keçməsinin qarşısını almaq üçün xarici mexanizmin yaradılmasından bəhs edilir. Bundan əlavə, sazişin birinci mərhələsində İsrail Müdafiə Qüvvələrinin yenidən yerləşdirilməsindən, eləcə də anklav və Misir sərhədində Filadelfiya dəhlizi adlanan ərazidə onların mövqelərinin qorunub saxlanmasından danışılır.

 

Təklif İsrail, Qətər və Misirin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.