Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Viral.az verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi
Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.