2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib

“Ötən il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası ilə xarakterizə olunub. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bənd azalıb. Beynəlxalq ticarətin artım tempi zəifləmiş, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilmişdir. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artıb”.

 

Viral.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

Son Yazılar:

 

Komitə sədri qeyd edib ki, 2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9% azalaraq 6.8% təşkil edib:

“Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil edib. İnflasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artıb. Təhlillər göstərmişdir ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb. 

2023-cü ildə müxtəlif markalar üzrə 1 barel neftin orta qiyməti 80,9 ABŞ dolları olmuş, əvvəlki ilə nisbətən 16,8 ABŞ dolları ucuzlaşıb. Dünya Bankının hesablamarına görə Neftin qiymətinin 10% artması, bir il ərzində qlobal inflyasiyanı 0,35 faiz bəndi artırır.

Qeyd edim ki, Azərbaycanda 2023-cü ilin büdcə zərfində neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, “Azerilight” neftinin bir barelinin orta illik qiyməti keçən il 86.1 dollar olmuşdur (43.5% çox).
Hesabat ilində dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5%-ə bərabər olub. Müqayisə üçün qeyd edim ki, ölkəmizdə Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd az olub.

Dünya üzrə dövlət borcunun ÜDM-ə nisbətində artım müşahidə olunumuş, 2023-ci ildə də bu göstərici 93.2%, next ixrac edən ölkələrdə isə 50.8% olmuşdur.Müqayisə üçün qeyd edim ki, Azərbaycanın cari ilin əvvəlinə olan dövlət borcu 26 850.4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü ildəki ÜDM-ə nisbəti 21.8%-ə bərabər olub. 

Qlobal geosiyasi çağırışlara rəğmən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilmiş, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib. Yeni reallıqlar müstəvisində 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil etmişdir. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. 

2023-cü ildə əsas kapitala yönəldilən vəsaitinməbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil etmişdir. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşmış, 6,3 milyard manatı (30,9 faiz) neft, 14,0 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilmişdir. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb.

Təqdim edilmiş məlumatlara görə 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil etmiş, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatmışdır.

Əlverişli beynəlxalq konyuktur tədiyyyə balansının cari əməliyyatlar balansında əvvəlki illərdə olduğu kimi 8.3 mlrd dollar həcmində profisit formalaşdırıb”.