UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Bakı metropoliteninin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, bu arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Son Yazılar:
- Qarın və buzun insan sağlamlığına İNANILMAZ FAYDALARI
- Saçınızı düyü suyu ilə yuyun
- Armudun bitməyən FAYDALARI
Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin, oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq.