“Aztelekom” xəbərdarlıq etmədən müştərinin abonentliyini dayandırıb? – AÇIQLAMA

Şamaxı rayon Çarhan kənd sakini Cəfərquliyev Araz “Aztelekom” MMC-dən şikayətçidir.

Viral.az xəbər verir ki, bu barədə vətəndaş AZXEBER.COM-a şikayət məzmunlu məktub ünvanlayıb.

Həmin şikayəti təqdim edirik:

Son Yazılar:

“Mən “Aztelekom”un Şamaxı filialının başımıza açdığı problemləri sizin vasitənizlə işıqlandırmaq istəyirəm. Demək, oranın əməkdaşları internet və telefon xətti çəkmək məqsədilə evimizə yaxınlaşıb, müqavilə imzadıqdan sonra naqilləri çəkib, yaşlı anamdan da xidmət haqqı olaraq 30 AZN pul alıb. Biz internet yox, yalnız telefon çəkdirmək istədiyimizi bildirdikdə “yox internet çəkdirmirsizsə, telefon xətti də çəkə bilmərik” deyib, ödənişi geri qaytarıblar, naqilləri də söküb aparıblar. İşin üstünə düşdükdə, deyirlər ki, sizin nömrənizin abonentliyi dayandırılıb, sistemdə yoxdur. 20 ildir işləyən telefon nömrəsini heç bir xəbərdarlıq etmədən və borc olmadığı halda sistemdən siliblər. Sistemdə olmayan nömrəyə niyə müqavilə verirlər? Halbuki, telefon yanvardan işləmədiyi halda biz may ayına qədər ödəniş etmişdik. İşləməmə səbəbini də təmirlə əlaqəndiriblər. İyunun 18-i Aztelekoma şikayət etdikdən sonra, bizə zənglər gəlməyə başladı. Şamaxı filialının əməkdaşları qonşu vasitəsi ilə əlaqəyə keçdilər. Başladılar üsyan etməyə ki, bizi işdən çıxardacaqlar, telefonun bərpa pulu 140 manatdı, siz ödəyin çəkək. Yoxsa bizim puldan tutulacaq. Mən etiraz etdim, çünki heç bir səhvimiz olmadan, niyə ödəniş edim? Sonra başımızı aldatdılar ki, düzəldəcəyik, lakin üstündən bir ay keçdi zəng elədik, heç nə olmadı. Başladılar ki, yox sizin borcunuz olub, 3 ay müddətində ödənmədiyində dayandırılır. Mən isə izah etdim ki, yeni hesabatla hesablandığı müddətdə əgər borcum var idisə, bu yanvar, fevral, mart aylarını əhatə edir. Ancaq mən martın əvvəli ödəniş etdiyimə görə 3 ay belə tamamlanmır. Cavab tapmadıqlarına görə “müəllim sizə geri dönüş edəcəyik” deyib, bir də zəng etmədilər. 170 çağrı mərkəzinə zəng elədim, onlar isə telefon nömrəsinin sistemdə olmadığı müddətdə heç bir şikayəti nəzərə almadıqlarını dedilər. Mail hesablarına yazdıqda isə belə bir cavab gəldi”.

Şikayətlə bağlı “Aztelekom”un vətəndaşa göndərdiyi cavabı da təqdim edirik:

Mövcud şikayətlə əlaqədar “Aztelekom” MMC-yə sorğu ünvanladıq.

Qurumdan saytımıza bildirildi ki, həmin abonent habelə problem haqda müəssisənin əvvəlcədən xəbəri olub və müştərinin aylıq borcu yarandığı üçün qurum telefonu addan çıxarıb:

“Vətəndaşın istifadəsində olan telefonun aylıq abunə haqqı vaxtında ödənilmədiyindən (3 ay) yaranmış borca görə mart ayında telefon addan çıxarılıb. Həmin şəxsə ONT (Optical Network Terminal) avadanlığı təqdim edilib. Sənədləşmə işləri üçün yeni çəkiliş haqqı (30 AZN) vətəndaş tərəfindən ödənilərsə, çəkiliş təmin ediləcək”.