“BMT modeli konfransları (MUN) ilə əlaqəli xüsusi əlaqələndirmə komitəsi yaradılacaq”.
Viral.az xəbər verir ki, bununla bağlı Aymar Babayev “COP29” çərçivəsində keçirilən gənclərin beynəlxalq şəbəkələşmə konfransında bildirib.
“Ölkəmizdə məkətblilər arasında BMT modeli (MUN) konfranslarına maraq getdikcə artır. Amma gördüyümüz statistikaya əsasən hər həftəsonu bu konfranslar fərqli məkanlarda keçirilir.
Son Yazılar:
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
Bəzi konfrans təşkilatçıları gənclərə bilik verməkdən imtina edərək bu konfranslardan daha üstün pul qazanmağını düşünürlər.
Digər problem isə komitədə sədrlik edənləri professionallığa görə yox, məhz dostluq əlaqələrinə görə komitəyə təyin etməsidir.
Əvvəllər komitənin sədrliyində iştirak etmək üçün nümayəndə ən azı 10 təcrübə qazanmalıdı. Daha sonra konfrans katibliyi seçim prosesində ən fəal nümayəndələri seçib onları sədr/direktor vəzifələrinə təyin edir.
Digər məsələ isə yeni konfrans yaratmaq istəyənlərin çox az təcrübəsi olub, “MUN” konfransları haqqında başı çıxmayanlardır.
Belə davam etsə, artıq BMT modeli konfranslarına (MUN) maraq tamamilə itəcək.
Bununla bağlı gənclərin təşəbbüsü ilə xüsusə komitənin yaradılmasıdır.
Bu komitə həm təşkilati həm diplomatik bilik cəhətdən dəstək olacaqlar.
Bir daha səslənmək istəyirəm ki, konfrans təşkil etdiyiniz zaman diqqətli olasınız və işinizi sevə sevə görəsiniz.
Əziz gənclər, gördüyünüz hər bir sosial iş dəyərləndirilir. Biz indiki qlobal problemləri anlayaraq məqsədlərimizi üstün qoymalıyıq.
Çünki gələcək bizdən, gənclərdən asılıdr. Biz hər bir gənclə dayanıqlı inkişaf və gələcək naminə birlikdə işləməyə hazırıq”.