Büdcə gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə formalaşıb

“Ötən ilin dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18,0 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür. Dövlət büdcəsi gərlilərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17 080.0 milyon manat təşkil etmişdir ki, bu da proqnozdan 1 129.2 milyon və ya 7.1% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulumuş 47.5%-dən 48.5%-dək artıb”.

 

Viral.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

Son Yazılar:

“Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 18 156.4 milyon manat olmuşdur ki, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi nəzərdə tutulumuş 52.5%-dən 51.5%-dək azalıb.

2023-ci ildə vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat olmuşdur ki, bu da təsdiq edilmiş proqnozdan 1 139.7 milyon manat çoxdur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 60,2 faizi qeyri-neft sektorunun, 39,8 faizi neft sektorunun payına düşüb. Qeyd etmək istərdim ki, Vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə daxilolmaların həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 572 milyon manat artmış, dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi isə 26.5%-dən 27.6%-dək yüksəlib”.