Son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.
Viral.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti məsələyə münasibət bildirib
“Nəzərə çatdırırıq ki, yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir.
Son Yazılar:
- Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
- Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa çağırırıq”, – açıqlamada bildirilir.