34 min qutudan çox siqaret məhv edildi 

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

 

Viral.az xəbər verir ki, gömrük orqanları tərəfindən saxlanılmış, üzərində aksiz markası olmayan 34 min 554 qutu (691080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

Son Yazılar: