Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada parlamenmtə təqdim edilib.
Viral.az saytı kimitə sədrinin çıxışının tam mətnini təqdim edir:
– Qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilmiş və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilmişdir. Qeyd edim ki, rəy dövlət büdcəsi gəlirlərnin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi nəticəsində hazırlanmışdır.
Son Yazılar:
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
2023-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur.
Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 23 may 2023-ci il tarixli iclasında ətraflı müzakirə edilmişdir. İclasda Maliyyə və İqtisadiyyat Nazirlikləri, Hesablama Palatası, digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2023-ci ilin makro iqtisadi göstəriciləri ətraflı müzakirə edilmişdir.
Hörmətli həmkarlar,
2023-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olmuş, gələcək nəsillər üçün yeni dövrün başlandığı il kimi tarixə düşmüşdür.
Müasir və müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin 100 illiyini ehtiramla yad etdiyimiz 2023-cü il Heydər Əliyev siyasətinə sadiq qalmaqla Azərbaycan dövlətinin ən böyük uğurlar əldə etidiyi il kimi tarixə keçdi.
2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda ucaldıldğı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir.
2023-cü ilin Dövlət Büdcəsinin tam və çevik icrası isə bu tarixi anlara iqtisadiyyatımızın verə biləcəyi ən böyük töhfə olmuşdur.
Ötən il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası ilə xarakterizə olunmuşdur. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bənd az olmuşdur. Beynəlxalq ticarətin artım tempi zəifləmiş, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilmişdir. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artmışdır.
2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9% azalaraq 6.8% təşkil etmişdir. Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil etmişdir. İnflasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artmışdır. Təhlillər göstərmişdir ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalmışdır.
2023-cü ildə müxtəlif markalar üzrə 1 barel neftin orta qiyməti 80,9 ABŞ dolları olmuş, əvvəlki ilə nisbətən 16,8 ABŞ dolları ucuzlaşmışdır. Dünya Bankının hesablamarına görə Neftin qiymətinin 10% artması, bir il ərzində qlobal inflyasiyanı 0,35 faiz bəndi artırır.
Qeyd edim ki, Azərbaycanda 2023-cü ilin büdcə zərfində neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, Azerilight neftinin bir barelinin orta illik qiyməti keçən il 86.1 dollar olmuşdur (43.5% çox).
Hesabat ilində dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5%-ə bərabər olmuşdur. Müqayisə üçün qeyd edim ki, ölkəmizdə Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd az olmuşdur.
Dünya üzrə dövlət borcunun ÜDM-ə nisbətində artım müşahidə olunumuş, 2023-ci ildə də bu göstərici 93.2%, next ixrac edən ölkələrdə isə 50.8% olmuşdur. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın cari ilin əvvəlinə olan dövlət borcu 26 850.4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü ildəki ÜDM-ə nisbəti 21.8%-ə bərabər olmuşdur.
Qlobal geosiyasi çağırışlara rəğmən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilmiş, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirmişdir. Yeni reallıqlar müstəvisində 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil etmişdir. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınmışdır.
2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil etmişdir. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşmış, 6,3 milyard manatı (30,9 faiz) neft, 14,0 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilmişdir. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınmışdır.
Təqdim edilmiş məlumatlara görə 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil etmiş, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatmışdır.
Əlverişli beynəlxalq konyuktur tədiyyyə balansının cari əməliyyatlar balansında əvvəlki illərdə olduğu kimi 8.3 mlrd dollar həcmində profisit formalaşdırmışdır.
2023-cü ildə ixracımız 27.6 milyard dollar təşkil etməklə 17.3 milyard dollarlıq idxalımızı 10.3 milyard dollar üstələmişdir. Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3348,0 milyon dollara bərabər olmuşdur. Əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalmış, fiziki şəxslərin rolu isə artmışdır. Fikrimizcə, Fiziki şəxslərin idxalının artması ölkədə yerli istehsalın və rəqabət mühitinin gücləndirilməsi ilə bağlı tədbirlərin daha gücləndirilməsini zəruri edir.
2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötmüşdür. Bu göstərici ÜDM-in 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələmiş, 34 aylıq mal və xidmət idxalına bərabər olmuşdur.
Təqdim edimiş məlumatlara əsaslanaraq demək olar ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmamışdır. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5 faiz və yaxud hədəf göstəricidən 2,5 faiz bənd az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və yaxud hədəf göstəricidən 8,2 faiz bənd az olmuşdur.
Beləlilklə, göründüyü kimi, 2023-ci il ərzində həm daxili, həm də beynəlxalq iqtisadi-siyasi konyuktur Azərbaycan üçün əsasən əlverilişli olmuş, İcmal büdcənin effektiv icrası üçün lazımi şərait formalaşdırmışdır.
İndi isə Dövlət Büdcəsinin əsas parametrlərinə keçək.
2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil etmişdir. Gəlirlər proqnozla müqayisədə 1 345.9 milyon manat və ya 4,0 faiz cox icra olunmuşdur. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,6 faiz təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 5,7 faiz-bənd çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18,0 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür
Dövlət büdcəsi gərlilərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17 080.0 milyon manat təşkil etmişdir ki, bu da proqnozdan 1 129.2 milyon və ya 7.1% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulumuş 47.5%-dən 48.5%-dək artırmışdır.
Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 18 156.4 milyon manat olmuşdur ki. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi nəzərdə tutulumuş 52.5%-dən 51.5%-dək azalmışdır.
2023-ci ildə vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat olmuşdur ki, bu da təsdiq edilmiş proqnozdan 1 139.7 milyon manat çoxdur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 60,2 faizi qeyri-neft sektorunun, 39,8 faizi neft sektorunun payına düşmüşdür. Qeyd etmək istərdim ki, Vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə daxilolmaların həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 572 milyon manat artmış, dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi isə 26.5%-dən 27.6%-dək yüksəlmişdir.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6 337.8 milyon olmuşdur ki, bu da təsdiq edilmiş proqnozdan 609.8 milyon manat çox olmuşdur. Artıma səbəb əsasən idxalın həcminin 16.3%, idxal edilmiş malların qiymət indeksinin isə 16.7% artması ilə izah olunur.
Büdcət təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 857 mln manat proqnoza qarşl 480.8 mln manat, yəni 56.1% icra edilmişdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11 737,6 milyon manat vəsait daxil olmuşdur.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 321.2 milyon manat pronoza qarşı ucra 151 milyon manat və ya 47% təşkil etmişdir. Hesab edirik ki, Bu mənbə üzrə büdcə daxilolmalarının az icra olunması dividendlərin bölgüsü üzrə yeni qaydaların işlənib hazırlanmasını zəruri edir.
Eyni zamanda qeyd etmək istərdim ki, dövlət maliyyə nəzarəti tədbiləri nəticəsində ümumilikdə 55.6 mln manat vəsiat dövlət büdcəsinə bərpa olunmuşdur. Azərbaycan Respublikasının payına düşən qızılın satışından isə 26.3 milyon manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2023-ci il dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 36 457.9 milyon manatı, yəni 99.5%-i icra olunmuşdur. Qeyd edim ki, bu icra faizi son illərin ən yüksək icra faizidir. Strukturuna görə xərclərin 55.6%-ni cari xərclər, 41.2%-ni əsaslı xərclər, 3.2%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etmişdir.
Sosialyönlü xərclər 2023-ci il dövlət büdcəsinin icrasında xərclərin 35,8 faizi və ya 13 050,4 milyon manat həcmində olmuşdur.
Sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat, sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat , ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə isə 116,1 milyon manat vəsait yönəldilmişdir.
Dövlətin apardığı sosial-iqtisadi siyasətin davamı olaraq əhalinin gəlir əldə etmək imkanlarının artırılması və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması 2023-cü ildə də davam etdirilmişdir.
Belə ki, 2023-cü il yanvarın 1-dən sosial müavinətlər və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 33,0 faiz artırılmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği 15 faiz artırılmışdır.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının əməkhaqqı və təminat sistemində islahatlar aparılmaqla əhəmiyyətli artım tətbiq edilmiş və bu məqsədə əlavə 31,8 milyon manat vəsait yönəldilmişdir.
Bununla yanaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan 165 minə yaxın işçinin əməkhaqqlarının artımı üçün 142,7 milyon manat vəsait sərf edilmişdir.
Yuxarıda sadalanan artımların maliyyə tutumu cəm olaraq 749,8 milyon manata bərabər olmaqla 1,9 milyon nəfər vətəndaşı əhatə etmişdir.
Dövlət büdcəsindən İqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə cəm olaraq 856.9 milyon vəsait sərf edilmişdir.
Səhiyyə xərclərinə ayrılmış 1 723.4 milyon manat vəsaitin 99.9%-i icra olunmuşdur. Hesabat ilində səhiyyə xərcləri ÜDM-nin 1.4%-ni, dövlət büdcəsi xərclərinin isə 4.7%-ni təşkil etmişdir.
İcra edilmiş səhiyyə xərclərinin 73.4%-i və ya 1 263.8 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşmüşdür.
Dövlət büdcəsindən təhsil üçün ayrılmış 4129.9 milyon manatın 99.9%-nin icrası təmin edilmişdir. Hesabat ilində təhsil xərcləri ÜDM-nin 3.4%-ni, dövlət büdcəsi xərclərinin isə 11.3%-ni təşkil etmişdir. İcra edilmiş bu xərclər hesabına dövlət sifarişi üzrə bakalavriat səviyyəsi üzrə 100 726 nəfərin (əvvəlki illə müqayisədə 15 378 nəfər çox), magistratura səviyiyəsi üzrə 12 977 nəfərin, rezidentura səviyyəsi üzrə 2048 nəfərin, doktoruntura səviyyəsi üzrə 619 nəfərin təhsil və təqaüd xərcləri ödənmişdir.
Eyni zamanda, məcburi köçkün statuslu 16 841 nəfərin, şəhid və əlil olmuş şəxslərin uşaqları olan 2464 nəfərin, valideynlərini itimiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfərin təhsil və təqaüd xərcləri dövlət büdcəsindən ödənmişdir.
2023-ci ildə Elm üçün ayrılmış xərclər 193.8 milyon manat və ya 99.6% həcmində icra olunmuşdur. Hesabat ilin elm xərcləri ÜDM-in 0.2%-ni təşkil etmişdir.
Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə 1 467.8 milyon manat vəsait yönəldilmişdir. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 353.9 milyon manat vəsait sərf edilmişdir.
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2023-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7246,9 milyon manat məbləğində vəsait yönəldilmişdir.
Hesabat ilində ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 457.7 milyon manat, meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 423.5 milyon manat vəsaitin dövlət büdcəsindən icrası təmin olunmuşdur.
2023-ci ildə 51 publik şəxsə dövlət sifarişi əsasında bir sıra iş və xidmətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 442.1 milyon manat vəsaitin ödənişi icra edilmişdir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-ci ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitin 5245,5 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 110,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 106,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərin tikintisinə, təmirinə, 59,7 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), maliyyələşməsinə yönəldilmişdir.
2023-cü ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 772,3 milyon manat vəsait, daxili dövlət borcu üzrə isə 259,6 milyon manat faiz borcu dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2023-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 milyon manat proqnoza qarşı 832,3 milyon manat məbləğində və ya 8,8 faiz çox icra olunmuşdur. Dövlət büdcəsinin yerli xərcləri isə 777,1 milyon manat proqnoza qarşı icra 738.6 milyon manat və ya 95,1 faiz olmuşdur.
2023-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 734,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1221,5 milyon manat təşkil etmişdir. Dövlət büdcəsinin kəsiri 2023-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd az olmuşdur.
2023-cü il İcmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil etmişdir. İcmal büdcənin xərcləri isə 41269,8 milyon manat proqnoza qarşı 97.8% həcmində icra edilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 16337,5 milyon manat proqnoz göstəricisinə qarşı 21661,9 milyon manat və ya 32,6 faiz çox olmuşdur. Fondun büdcəsinin xərcləri isə 11799,9 milyon manat icra edilmişdir ki, bu təsdiq olunmuş proqnoz göstəricinin 99.9%dir.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 605,0 milyon manat proqnoza qarşı 500,7 milyon manat və ya 104,3 milyon manat az icra olunmuşdur. Dövlət büdcəsində nəzərdə tutulmuş dotasiya istisna olmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri 152,2 milyon manat proqnoza qarşı faktiki icra 185,7 milyon manat və ya 33,5 milyon manat çox olmuşdur.
Proqnozdan artıq daxilolmalar da nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən 315,0 milyon manat və ya proqnoza nisbətən 137,8 milyon manat az dotasiya ayrılmışdır.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 605,0 milyon manat proqnoza qarşı faktiki icra 504,3 milyon manat və ya 83.4% həcmində olmuşdur.
Xərclərin az icrası Naxçıvan Muxtar Respublikasının büdcəsində nəzərdə tutulmuş bəzi tədbirlər üzrə xərclərin optimallaşdırılması hesabına qənaətin yaranması ilə bağlıdır.
Hörmətli həmkarlar!
Aparılan müzakirələr və təhlillər 2023-ci iln dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olduğunu deməyə imkan verir.
Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən, bu qənaətə gəlirik ki, Büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlıılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac vardır. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərlilik və nəticəlilik əsasında qiymətləndirlməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac vardır. Dövlət büdcəsinin icrası prossesində müşahidə olunan faktlar bu qənaəti daha da güclləndirir.
Hörmətli xanım sədr, hörmətli həmkarlar!
Yekun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesab edir ki, 2023-ci il üçün dövlət büdcəsinin icrası möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilən əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaratmış və öz müsbət rolunu oynamışdır. Qanun layihəsinə komitənin rəyi müsbətdir.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2023-ci il dövlət büdcəsinin icrası layihəsini dəstəkləməyinizi xahiş edirəm.
Sonda, hörmətli xanım sədr, icazənizlə bir məsələni də vurğulamaq istərdim
Beynəlxalq Büdcə Əməkdaşlığı” (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hər 2 ildən bir “Açıq Büdcə İndeksi” (ABİ) tərtib edilir. Burada büdcə proseslərinin şəffaflığı və büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığının səviyyəri qiymətləndirilir.
Dünən açıqlanan 2023-cü il üzrə hesabatda Azərbaycan ilk dəfə olaraq mümkün 100 baldan 67 ballıq nəticə alaraq 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yer tutmuş, büdcə barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olmuşdur. Milli Məclisin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının ictimaiyyət üçün açıq olan birgə müzakirələri, rəsmi saytlarda, digər mühüm büdcə sənədlərində vaxtında dərc olunan məlumatlar Azərbaycanın bu göstəricilər üzrə ciddi irəliləyişində mühüm rol oynamışdır. Fürsətdən istifadə edib bu uğura görə hər kəsi təbrik edirəm! Diqqətinizə görə minnərdaram!