Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı, Binəqədi rayonunda və “Mərdəkan bağları” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Son Yazılar:
- Bakının iştirakı olmadan aparılan debatları… – Mikanadze
- İsrailin Bakı səfirliyindəki bayraq yarıya ENDİRİLDİ
- Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi?
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə və Yeni Suraxanı qəsəbəsində, həmçinin Binəqədi rayonu, Məlik Aslanov küçəsində və Xəzər rayonu, Mərdəkan yeni yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.