Bu gün Azərbaycanın daha bir idmançısı Paris Olimpiadasında mübarizəyə başlayacaq.
Viral.az xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/8 finalda Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.
Son Yazılar:
- Azərbaycanda bu insanlar İŞSİZ qalacaq – VİDEO
- İspaniya millisinin və “Barselona”nın futbolçusu “Golden Boy” mükafatını QAZANDI
- Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ETDİ
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransa, ardınca isə Almaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.