Novxanıdakı məşhur villa ŞOK QİYMƏTƏ SATILDI

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb.

Viral.az titul.az-a istinadən xəbər verir ki, Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni hotel kimi istifadəyə verməyə hazırlaşır.

Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə gözoxşayır.

Son Yazılar:

Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.