Bir ildə qoyun və keçilərimizin sayı 154 800 baş AZALIB

Azərbaycanda inək və camışların, qoyun və keçilərin sayı azalıb.

Bu barədə Viral.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Belə ki, 2024-cü il may ayının 1-nə ölkədə 1 238 800 baş inək və camış qeydə alınıb. Bu rəqəm 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağıdır. Belə ki, 2023-cü il mayın 1-də inək və camışların sayı 1 253 200 baş olub. Bu o deməkdir ki, bir il ərzində inək və camışlar 14 400 baş azalıb.

Son Yazılar:

2024-cü il may ayının 1-nə ölkədə 7 206 000 baş qoyun və keçi qeydə alınıb. 2023-cü il mayın 1-də isə bu rəqəm 7 360 800 baş olub. Bu o deməkdir ki, son bir ildə 154 800 baş qoyun və keçi azalıb.