Qadın prokurora yüksək vəzifə verildi – FOTO

Prokurorluq orqanlarında yeni təyinat olub.

Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Son Yazılar:

Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.