Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Viral.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib.
Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.