Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Viral.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb.
Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.
Son Yazılar:
- Azərbaycanda bu insanlar İŞSİZ qalacaq – VİDEO
- İspaniya millisinin və “Barselona”nın futbolçusu “Golden Boy” mükafatını QAZANDI
- Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ETDİ
Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.