Yığmamız Fransaya məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Viral.az xəbər verir ki, ötən gün ABŞ seçməsi üzərində tarixi qələbə qazanan yığma bu dəfə Fransanı sınağa çəkib.

Görüş rəqibin 15:10 hesablı qələbəsi ilə başa çatıb.

Son Yazılar:

Qeyd edək ki, Azərbaycan yığması bu gün növbəti görüşünü Almaniyaya qarşı keçirəcək.