Hindistan Livandakı vətəndaşlarına xəbərdarlıq edib.
Viral.az xəbər verir ki, Hindistanın Beyrutdakı səfirliyi X sosial media hesabında yazıb.
Açıqlamada Hindistan vətəndaşlarına son günlər bölgədə artan gərginliyə əsaslanaraq, onları dərhal bölgəni tərk etməyə, növbəti xəbərdarlığa qədər Livana səfər etməmələri tövsiyə edilib.
Son Yazılar:
- “İnter” futbolçusu ilə müqavilə müddətini UZATDI
- Tünzalə Ağayeva başını bağladı – FOTO
- Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin ETDİ
Xatırladaq ki, iyulun 27-də İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına raket atılması nəticəsində aralarında uşaqların da olduğu 12 nəfər həyatını itirib, 17-si ağır olmaqla 35 nəfər yaralanıb.
İsrail ordusu hücuma görə Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlasa da, Hizbullah hücumun onlar tərəfindən həyata keçirildiyi iddialarını təkzib edib.