Artıq xeyli müddətdir ki, avtomobil satışı bazarında qeyri-ənənəvi tendensiya höküm sürür. Son illərə kimi, bazarda bir çox xarici markalarla baş-başa rəqabət aparan, hətta bəzi vaxtlar satış göstəricilərində onları geridə qoyan Rusiya istehsalı avtomobillərə tələbat ciddi şəkildə azalıb. Düzdü, bir çox maşın satıcıları bunun mövsümi səbəblərlə əlaqələndirsə də, məsələnin mahiyyəti tamam fərqlidir.
Hazırda bazarda bir zamanlar taksi xidmətində istifadə olunmuş və yeni qaydalardan sonra istismardan çıxarılan “Prius” kimi hibrid nəqliyyat vasitələri ənənəvi “sovet maşınları”nın bazarını sözün əsl mənasında “öldürür”. Kondisioner, ABS əyləc kimi texnoloji üstünlüklərə malik olan hibridlər “Lada”nın modelləri ilə demək olar ki, eyni qiymətə təklif olunur, hətta bəzən onlardan belə daha ucuz satılır.
Bəs görəsən, bu tendensiya bazarda qalıcı olacaqmı?
Son Yazılar:
- Tünzalə Ağayeva başını bağladı – FOTO
- Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin ETDİ
- Acun Ilıcalının sahibi olduğu klub baş məşqçisi ilə yollarını AYIRDI
Viral.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, “sovet maşınları”nın bazardakı “ağalığı” hələ bir müddət davam edəcək:
“Avtomobil satışı bazarında ənənəvi sovet “sovet maşını” kimi tanınan, Rusiya istehsalı nəqliyyat vasitələrinin rəğbət görməsinin cəmi BİR səbəbi olub. Bu ondan ibarətdir ki, bu növ maşınların təmiri rahat, ustaları əlaçatan və ehtiyat hissələri ucuz idi. Ona görə də, inanmıram ki, yaxın dövrə qədər bu nəqliyyat vasitələrinə olan tələbat tamamilə aradan qalxsın. Çünki digər avtomobillərə nisbətən daha az xərc tələb edir. Ən pis ehtimalla, istənilən ehtiyaT hissəsini birbaşa istehsalçı ölkə olan Rusiyadan gətirmək mümkündür. Bunun kimi üstünlüklərə malik olması, “sovet maşınları”nın daim olmasa da, uzun müddət bazarda tələb görməsinə zəmanət verir”.
Ekspert hibrid maşınların bazarda möhkəmlənməsi üçün ilk öncə servis və ehtiyat hissələri çatışmazlığı probleminin aradan qaldırılmalı olduğunu diqqətə çatdırıb:
“Qaldı ki, “Prius” və digər hibrid nəqliyyat vasitələrinə, bu bir zamanlar “Renault”, “Opel” kimi markaların bazara daxil olub, daha sonra əriyib getməsinə bənzəyir. Yəni nə qədər ki, ehtiyat hissələri baha, servisləri əlçatmaz olarsa bu belə davam edəcək. Yəni onlar də bir müddət sonra əriyib gedəcək. Yox əgər bu maşınların lazımi təchizat və servis xidmətləri ölkəmizdə tam təşkil olunsa, hazırki tələbat davamlı olaraq qalacaq”.