Azərbaycan cüdoçusu “Paris-2024″də FİNALDA

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Viral.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə vaza-ari ilə qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.

Son Yazılar:

 

Qeyd edək ki, bununla da Azərbaycan Paris olimpiadasında ikinci medalı təmin edib. Çünki Zelim Kotsoyev ən pis halda gümüş mükafat qazanacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

 

***

14:38

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Viral.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev 1/8 finalda İsraildən olan idmançı Peter Palçik ilə qarşılaşıb. 

Zelim Kotsoyev bu gorüşdə qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan) olacaq. 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-dan başlanacaq.

Qeyd edək ki, Zelim Kotsoyev əslən Şimali Osetiyadan olan milliləşdirlmiş idmançıdır. O, 2015-ci ildə cüdo üzrə Azərbaycan milli komandasının heyətinə cəlb edilib.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.