Cari ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 4,36 faiz azalaraq təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə 2,7 dəfə artaraq təxminən 8 milyon dollar olub.
Viral.az BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.
Son Yazılar:
- Tünzalə Ağayeva başını bağladı – FOTO
- Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin ETDİ
- Acun Ilıcalının sahibi olduğu klub baş məşqçisi ilə yollarını AYIRDI
Xatırladaq ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.