DİN Bakıdakı qəza ilə bağlı məlumat yaydı 

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə “Hundai” markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Viral.az-a bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hundai” markalı avtomobilə çırpılıb.

Son Yazılar:

 

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.