Ueni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Viral.az xəbər verir ki, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son Yazılar:
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
- Faciəvi şəkildə ölən hərbçilərin adları açıqlandı
- Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb
Son klubu “Səbail” olan Ağayev 2022/2023 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, əyalət təmsilçisinin heyətində 34 oyun keçirib. Əlcək sahibi Premyer Liqada 30, ölkə kubokunda 2, avrokuboklarda 2 matça çıxıb. Qapıçı karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.