Olimpiadanın yarımfinalında uduzan tennisçi göz yaşlarına boğuldu

Polşalı tennisçi İqa Szviatek Fransada keçirilən Olimpiya Oyunlarının yarımfinalında Çin təmsilçisi Çjen Qinqvenə uduzub. 

Viral.az “RB Sport”a istinadla xəbər verir ki, oyundan sonra müsahibə zamanı göz yaşlarına boğulub.

Qeyd edək ki, 1 saat 51 dəqiqə davam edən görüş 2:6, 5:7 hesabı ilə başa çatıb.

Son Yazılar:

İndi Szviatek üçüncü yer uğrunda görüşdə çıxış edəcək.

Xatırladaq ki, Paris-2024 Olimiya Oyunlarının açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar. İyulun 28-də tədbirin təşkilatçıları heç kimi incitmək istəmədiklərini bildirərək üzr istəyiblər.

(redaktor.az)