Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Viral.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmasıdır.

Son Yazılar:

Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.