Türkiyə hökuməti instaqram sosial şəbəkəsinə girişin bağlanmasına münasibət bildirib.
Viral.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Ömer Fatih Sayan “X”də yazıb.
O bildirib ki, Qərb ölkələri müzakirə mövzusu olanda bir çox məsələlərdə dərhal tədbir görülür:
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
“Biz də eyni reaksiyanı tələb edirik. Bu platformaların qaydalarına əməl edən ölkələrə təklif etdikləri təhlükəsiz, təmiz və ədalətli mexanizmin Türkiyə üçün də keçərli olmasını istəyirik. Təsisçilərin tətbiq etdikləri ikili standart bütün dünya üçün ortaq problemdir”.
Nazir müavini bildirib ki, Türkiyə dəyərlərinə hörmət edən, dezinformasiyasız, daha təmiz və təhlükəsiz sosial media yaradılması istiqamətində zəruri addımlar atacaq.
Xatırladaq ki, bu gün Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.