Fransa Xarici İşlər Nazirliyi (XİN) hərbi eskalasiya riski ilə əlaqədar vətəndaşlarını İranı qısa müddətdə tərk etməyə çağırıb.
Viral.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir.
“Regionda hərbi eskalasiya riskinin yüksək olması ilə əlaqədar İrandakı fransalıların mümkün qədər tez bir zamanda ölkəni tərk etmələrini qətiyyətlə tövsiyə edirik”, – bəyanatda bildirilib.