ABŞ-ın vitse-prezidenti Kamala Harrisin (Demokratlar Partiya) seçki qərargahı iyul ayında sabiq prezident Donald Trampın (Respublikaçılar Partiyası) seçki qərargahından iki dəfə çox ianə toplayıb.
Viral.az xəbər verir ki, bu barədə Axios portalı hər iki qərargaha istinadla məlumat yayıb.
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
Bildirilir ki, Kamala Harrisin komandasının ötən ay 310 milyon dollar, Trampın komandasının hesabına isə təxminən 138 milyon dollar daxil olub. Toplanan vəsaitin üçdə ikisi Harris üçün ilk dəfə ianə edənlərdən gəlib.
Bununla belə, son sosioloji rəy sorğusunun nəticələrinə görə, Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, rəqibi Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.