İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.
Viral.az xəbər verir ki, bu barədə İsrail tərəfi məlumat yayıb.
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
Telefon danışığı zamanı İrana qarşı birgə mübarizə müzakirə olunub.
Qalantın Ostinə regiondakı vəziyyətlə bağlı son hadisələr fonunda məlumat verdiyi bildirilir. Tərəflər həmçinin İran və onun müttəfiq qüvvələrinin təhdidləri qarşısında ABŞ-İsrail müdafiə əməkdaşlığını müzakirə ediblər.
“İsrail və ABŞ arasında İrana və onun müttəfiqlərinə qarşı təhlükəsizlik əməkdaşlığı regionun sabitliyi və təhlükəsizliyi üçün çox vacibdir. Biz İsrail vətəndaşlarını qorumağa sadiqik və bu, həmçinin Qəzza ilə bağlı razılığın əldə edilməsini əhatə edir. İsrail girovların qaytarılması ilə bağlı razılığa gəlməyə sadiqdir”, – deyə Qalant bildirib.