ABŞ Məxfi Xidmətinin rəhbərliyi Pensilvaniya ştatının Batler şəhərində Amerikanın keçmiş lideri Donald Trampa sui-qəsd cəhdi ilə əlaqədar xüsusilə yüksək dövlət məmurlarını, prezidentliyə namizədləri və keçmiş liderləri müdafiə edən bu kəşfiyyat xidmətinin işində dəyişiklik etmək niyyətindədir.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu məxfi xidmətin rəhbəri vəzifəsini icra edən Ronald Rou keçirdiyi mətbuat konfransında deyib.
“Məxfi Xidmət iyulun 13-də baş vermiş faciəli hadisələrə görə tam məsuliyyəti öz üzərinə götürür. Bu, missiyanın uğursuzluğu idi. Agentliyimizin yeganə məsuliyyəti qoruduğumuz şəxslərin heç vaxt zərər görməməsini təmin etməkdir. Biz Batlerdə bu vəzifəni yerinə yetirə bilmədik və mən bu uğursuzluğun bir daha təkrarlanmaması üçün çalışıram. Mən Məxfi Xidmətin bütün resurslarının qoruduğumuz şəxsləri qorumaq üçün yerləşdirilməsini təmin etmək öhdəliyimə sadiqəm və bunun baş verməsi üçün dəyişikliklər etmişəm və həyata keçirməyə davam edəcəyəm”, – o deyib.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Qeyd edək ki, son illərdə ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Məxfi Xidmət ilk növbədə ölkənin ali rəhbərliyini və Amerika torpaqlarında yerləşən xarici liderləri müdafiə edir. 2003-cü ilə qədər federal hüquq-mühafizə orqanı statusuna malik olan bu kəşfiyyat xidməti ABŞ Maliyyə Nazirliyinin tərkibində idi. Bu onunla izah edilirdi ki, o, 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə məqsədilə yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişlənib.
(redaktor.az)