Şəmkirdə “HAVAL” yandı

Şəmkir rayonunda minik avtomobili tamam yanıb.

Viral.az xəbər verir ki, hadisə Şəmkir rayonunun Qədimqala kəndində qeydə alınıb.

Məlumata görə, “HAVAL” markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Son Yazılar:

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.