İki tanış bir-birini BIÇAQLADI

Mingəçevirdə bıçaqlanma olub.

Viral.az xəbər verir ki, avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Son Yazılar:

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.