ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris sentyabrın 4-də debat keçirəcək.
Viral.az xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Keçmiş prezident bildirib ki, debatın keçirilməsi ilə bağlı “Fox News” telekanalı ilə razılaşıb.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Onun sözlərinə görə, debat Pensilvaniya ştatında keçiriləcək. Debatın dəqiq yeri hələlik müəyyən edilməyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.