Üzgüçümüz finişə 3-cü çatdı: Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edir.

Viral.az xəbər verir ki, Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah mübarizəyə başlayıb.

50 m məsafəyə sərbəst üsulla üzmə yarışında çıxış edən idmançımız 6-cı qrupda yer alıb. 5-ci zolaqda üzən Məryəm finişə 3-cü çatıb. O, məsafəni 27,76 saniyəyə qət edib.

Son Yazılar:

İdmançımızın 79 iştirakçı arasında yekun mövqeyi bütün qruplar çıxış etdikdən sonra bilinəcək. 16 yaxşı nəticəyə malik 3-cü yarımfinala adlayacaq.

Qeyd edək ki, yarımfinal bu gün, final mərhələsi avqustun 4-də keçiriləcək.